İran istənilən xarici təhdidə cavab verməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri deyib.
O, İsrail və ABŞ-ın İran ərazisinə zərbə endirməsi ehtimalına Tehranın münasibətini belə ifadə edib:
"Silahlı Qüvvələr hər zaman olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır".