EN

Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır

İran Silahlı Qüvvələri istənilən xarici təhdidə cavab verməyə hazırdır.

Ran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri İsrail və ABŞ-nin İran ərazisinə zərbə endirməsi mümkünlüyünə Tehranın reaksiyası barədə suala belə cavab verib.

Bu mövzunun ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son danışıqlarda müzakirə edildiyi ehtimal olunur.

“Silahlı Qüvvələr hər zaman olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır”, – İran Müdafiə Nazirliyinin mətbuat xidməti generalın sözlərini sitat gətirib.

Fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Sənəd Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səyləri gücləndirməsini də nəzərdə tutur. Eyni zamanda Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşün keçirilməsi mümkünlüyünü istisna etməyib və Tehranla “əla sövdələşmə” bağlamaq istədiyini bildirib. Tramp bu sərəncamı Ağ Evdə Netanyahu ilə görüşündən əvvəl imzalayıb.

Chosen
18
12
korrespondent.az

10Sources