EN

Yaşlı qadın küçədə yaşayır VİDEO

Bakıda yaşlı qadın aylardır ki, küçədə yaşayır.

Xezerxeber.az-ın məlumatına görə, 60 yaşlı Şikarə İsmayılovanın nə getməyə yeri, nə də sığınmağa evi var.

O, 5 aydır ki, Bakının Suraxanı rayonu, İlqar Əhlimanov küçəsi, bina10 ünvanında həyətlərin birindəki söhbətgahda məskunlaşıb.

Şikarə İsmayılova qonşuların yardımı ilə yaşayır. Həmçinin dəmir satır, quru çörək toplayır.

Şikarə İsmayılova qardaşlarının Rusiya və Ukraynada yaşadığını deyir. İddiasına görə, bacısı Hövsanda yaşasa da, onu evinə qəbul etməyib.

Vətəndaşın problemi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Bildirildi ki, İcra Hakimiyyətinin əməkdaşları Şikarə İsmayılova ilə görüşüblər və bu barədə Sosial Xidmətlər Agentliyinə məlumat verilib.

Sosial Xidmət Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, qurumun əməkdaşları vətəndaşın olduğu əraziyə gedərək onunla görüşüblər.

“Ona aidiyyəti sığınacağa yerləşdirilməsi təklif edilib, amma təəssüf ki, vətəndaş sığınacağa getməkdən imtina edib. Vətəndaşın şəxsi razılığı olmadan onun müəssisəyə yerləşdirilməsi isə yolverilməzdir. Özünün razılığı olarsa, müvafiq sığınacağa aparılması məsələsinə baxılacaq”, - deyə Agentlikdən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
29
xezerxeber.az

1Sources