EN

Konservlər xərçəng yarada bilər– XƏBƏRDARLIQ


Müəyyən konservlər hətta xərçəngə səbəb ola bilər.


“Medicina” xəbər veirr ki, teleaparıcı Sergey Aqapkin və dietoloq Marina Makişa bəzi konservləşdirilmiş qidaların xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.


Aqapkinin fikrincə, xarab olmuş, kiflənmiş konservləşdirilmiş məhsulların istehlakı xərçəngin inkişafına səbəb ola bilər.

Mütəxəssis izah etdi ki, bankalarda qara kif yarana bilər. Bu kifbədəndə toplanır və mürəkkəb gedişi və əlverişsiz proqnozu ilə qaraciyərin bədxassəli lezyonu (hepatosellüler xərçəng)yaranmasına səbəb ola bilər.

Bu nəticəyə regionların birində xərçəngin bu növünün yayılmasını təhlil edən tədqiqatçılar gəlib. Onlar qaraciyər xərçəngi ilə qara kif əlaqə tapıblar.


Öz növbəsində Makişa əlavə edib ki, əgər məhsulda, o cümlədən konservlərdə hər hansı kif aşkar edilərsə, o zaman bakteriyaların təsir etdiyi hissənin kəsilməsi və ya çıxarılması kifayət deyil. Bu halda, bütün məhsul atılmalıdır.

Aygün M.



Chosen
33
8
medicina.az

9Sources