İsrail Qəzza zolağında daimi atəşkəsə razılaşmağa yalnız Fələstinin radikal HƏMAS hərəkatının anklavda hakimiyyətdən uzaqlaşdırılması şərti ilə hazırdır...
“Report” xəbər verir ki, bu barədə brifinqdə İsrail Nazirlər Kabinetinin rəsmi nümayəndəsi David Menser bildirib.
“Bir şey aydın olmalıdır ki, İsrail bütün məqsədlərinə çatana qədər bu müharibəyə son qoymayacaq. Yekun məqsədə gəlincə, bu, əlbəttə ki, daimi atəşkəsdir, lakin HƏMAS hakimiyyətdə olmamalıdır, Qəzza sektoru demilitarizasiya edilməli və deradikallaşdırılmalıdır”, - o deyib.
Menser söyləyib ki, İsrailin Qəzza zolağında hərbi kampaniyasının əsas məqsədləri dəyişməz olaraq qalır: anklavda HƏMAS hərbi-siyasi strukturunun dağıdılması və orada saxlanılan bütün girovların, eləcə də ölənlərin meyitlərinin qaytarılması.
Nazirlər Kabinetinin nümayəndəsi həmçinin bildirib ki, İsrail hakimiyyəti ABŞ-dəki tərəfdaşları ilə anklavda hərbi əməliyyatları tam dayandıracaq HƏMAS ilə razılaşmanın ikinci mərhələsi ilə bağlı məsləhətləşmələrə başlayıb.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib.
Poliqon.info