Bu gün səhər saatlarında Çinin Çunçin şəhərinin Tuantszetsun stansiyasından Əfqanıstanın Hayraton şəhərinə yük qatarı yola düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Bu, Çinin cənub-qərbindəki meqapolisi Əfqanıstanla birləşdirən ilk birbaşa dəmir yolu marşrutudur.
Çinin ZTE telekommunikasiya nəhənginin istehsal etdiyi kommunikasiya avadanlığının yükləndiyi 55 konteynerdən ibarət qatar Sincan-Uyğur muxtar rayonunda (Şimal-Qərbi Çin) yerləşən Horqos sərhəd-keçid məntəqəsində dövlət sərhədini keçərək Qazaxıstan və Özbəkistan əraziləri üzərindən Hayratondakı təyinat məntəqəsinə çatacaq.