EN

Ukrayna ordusu Xerson vilayətinin Nova Kaxovka mərkəzi bazarına hücum edib

Ukrayna ordusu Xerson vilayətinin Nova Kaxovka şəhərinin mərkəzi bazarına hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər rayon administrasiyasının rəhbəri Vitali Qura məlumat verib.

“Qaz kəməri zədələnib… Fövqəladə hallar briqadası bütün zədələri aradan qaldırıb”, – deyə o bildirib.

Bundan əvvəl Ukrayna hərbçiləri Xerson vilayətində Nova Kaxovkanı atəşə tutub, nəticədə 5 yaşayış binası, inzibati bina, elektrik xətləri və qaz kəməri zədələnib.

Chosen
7
nocomment.az

1Sources