Fələstinin HƏMAS hərəkatı fevralın 15-də Qəzza zolağından qayıtması gözlənilən girovların azad edilməsini təxirə salıb.
NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə İzzəddin əl-Qəssam briqadalarının nümayəndəsi Əbu Ubeydəyə istinadən məlumat yayıb.
O, həmçinin İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Bundan əvvəl Qəzza zolağında üç israilli girov azad edilib. Onlar Qızıl Xaç Cəmiyyətinin nümayəndələrinə təhvil verilib.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi azad edilmiş israilli girovların vəziyyətini dəhşətli adlandırıb.