EN

Qvatemalada baş verən qəzada 30-dan çox insan ölüb

Qvatemalada avtobusun körpüdən dərəyə aşması nəticəsində 31 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Məlumata görə, 75 sərnişini daşıyan avtobus Qvatemala şəhərinin şimal girişində Puente Belis körpüsündən dərəyə aşıb. Yanğınsöndürmə xidmətinin sosial şəbəkədə paylaşdığı fotolarda nəqliyyat vasitəsinin qismən suya batdığı görünür.

Eyniadlı ölkənin paytaxt şəhərinin meri Rikardo Kinyones bildirib ki, hadisə yerinə təcili xidmətlər göndərilib və yol polisi zərər çəkmiş ərazidə alternativ marşrutlar yaratmaq üzərində işləyir.

“İndiyədək avtobusdan 31 nəfərin meyiti çıxarılıb. Digər insanları xilas etməyə çalışırıq”, - şəhər yanğınsöndürmə idarəsinin nümayəndəsi Maynor Ruano bildirib.

Chosen
18
3
report.az

5Sources