Bu da 63 yaşlı aktyorun yeni sevgilisi - FOTO
Arzum Onan ilə 27 il davam edən evliliklərini bir məhkəmə iclasında bitirən aktyor Mehmet Aslantuğ 2 illik sevgi orucunu pozub. Aslantuğ ekspert psixoloq Canan Şahin ilə sevgi yaşadığını sosial media hesabında şeirlə paylaşaraq elan edib.
Qlobal.net bildirir ki, Aslantuğ sevgilisinin rəqs edərkən və meditasiya edərkən çəkilmiş fotolarına öz yazdığı şeiri əlavə edib.
Aslantuğun şeirlə elan etdiyi sevgisinə yaxın dostları ilə yanaşı, “Kardelenlər” serialında rol alan oğlu Can Aslantuğun sevgilisi Lal Gümüşcüoğlu da mavi ürəklər ataraq dəstək verib.
Səbinə
Qlobal.net