EN

HƏMAS girovların azad edilməsini dayandırdı

HƏMAS qruplaşması israilli girovların azad edilməsini dayandırıb. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Fələstinli məhbuslarla növbəti girov mübadiləsi şənbə günü, fevralın 15-də baş tutmalı idi.

HƏMAS bu qərara səbəb kimi İsrailin sülh sazişlərini pozmasını göstərib. Qruplaşma bəyan edib ki, İsrail tərəfi Qəzza zolağının şimalındakı sakinlərin evlərinə qayıtmasına mane olur və həmçinin bölgəyə humanitar yardımın daxil olmasına icazə vermir.

HƏMAS və İsrail arasında sülh sazişi yanvarın 19-da qüvvəyə minib. Razılaşmaya əsasən, 42 gün davam edən birinci mərhələdə HƏMAS 33 girovu, İsrail isə 1900-dən çox məhbusu həbsxanalardan azad etməyi və Qəzza zolağından çıxmağa başlamağı öhdəsinə götürüb.

Fevralın 9-da İsrail saziş üzrə öhdəlikləri çərçivəsində Qəzza zolağının mərkəzini ayıran Netzarim dəhlizindən qoşunlarını çıxardığını elan edib.

Chosen
10
1
buta.media

2Sources