Məşhur azərbaycanlının Moskvadakı mənzili başına bəla oldu - FOTO
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, Hüseyn “Moscow City” yaşayış kompleksində yerləşən çoxmərtəbəli binaların birindəki evinin təmir işlərinin sürətlə davam etdiyini bildirib.
“Mənzilimdə təmir işləri davam edir. Həmişə evimdə gözəl bir təmir etmək arzusunda idim, amma təmirin dəhşətli olduğunu bilmirdim. Yaxşı usta tapmaq çətindir, hamı sizə nəsə satmağa çalışır. Əvvəlki ustaları dəyişdim. Yenidən təmir edəcəm? Xeyr, etmərəm! Hazır təmir olunmuş ev götürəcəyəm! ”, - deyə Hüseyn paylaşımında yazıb.