EN

Taekvondoçularımız “Turkish Open”də

Taekvondo üzrə gənclərdən ibarət milli komandamız Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq turnirində iştirak edəcək.

İdman.bizə bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Turkish Open”də gənclər yaş qrupu üzrə yarışlar fevralın 13-14-də baş tutacaq. Turnirdə ölkəmizi ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, taekvondo üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.

İdman.biz

Chosen
29
idman.biz

1Sources