Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib.


Rekord.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərova qalib gəlib.


Teymur Rəcəbov isə Rauf Məmmədovla heç-heçəyə razılaşıb.


Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.


Azərbaycan çempionatı

Yarımfinal


Kişilər

Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov 1:0

Rauf Məmmədov - Teymur Rəcəbov 0,5:0,5


Qadınlar

Günay Məmmədzadə - Gülnar Məmmədova 0:1

Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva 0,5:0,5