EN

Zakaryan: “Ermənistanda hakimiyyət ölkəni “təslim” edənindir”

“Nikol və hökuməti Qarabağlı “təslim etməklə” və minlərlə qurban verməklə yanaşı, “hörmət institutunu” da tapdaladı. Bir də onlar deyirlər ki, qanun qarşısında hamı bərabərdir, ancaq bu, daha çox hakimiyyətlə heç bir əlaqəsi olmayan insanlara aiddir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan sosial şəbəkədə yazıb.
“Nikolun məğlubiyyətinin səbəblərini generallar və əsgərlər üzərində səlahiyyət sahibi olan məhkəmə sisteminin öhdəsinə buraxaq. Ona görə də Silahlı Qüvvələrin müxtəlif hissələrinin rəhbərlərinə qarşı qaldırılan cinayət işləri ilə bağlı heç nə demək istəmirəm.
Ancaq bir şey dəqiqdir: generalları mühakimə edən dövlətdə cəmiyyət artıq biganə qalmır”, deyə o, qeyd edib.

Zakaryan əlavə edib ki, Bakıda iki general mühakimə olunur, xeyli sayda başqa general ya həbsdədir, ya ölkəni tərk edib, ya da müxtəlif cinayət işlərində adları hallanır.

Digər, fəal toplum da dövlətin zəifləməsini diqqətlə izləyir, çünki onlar çox gözəl bilirlər ki, hakimiyyət ölkəni təslim edənindirsə, general olmaq, yumşaq desək, heç nə demək deyil”.

Yeri gəlmişkən, 2-ci Qarabağ Müharibəsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq ermənilər Azərbaycanın Şanlı Qələbəsini həzm edə bilmirlər. Onlar bu Zəfəri “Paşinyan təslim edib”, “Rusiya, Türkiyə, İsrail və Pakistan kömək edib” tezisləri ilə kölgə altına salmağa çalışırlar.

Ancaq unudurlar ki, gölgə axşama doğru öləziyir və səhər gündoğana qədər “yuxuya gedir”. Təmiz torpaq üstündə isə Azərbaycanın igid oğullarının Qarabağ uğrunda tökdükləri qan aydınca görünür.
Kriminalistlərin dili ilə desək, Qələbəmizin maddi sübutu tökülən elə o Qandır.

Günel Mikayılova,
KONKRET.az

Chosen
31
konkret.az

1Sources