EN

Kolumbiyada dörd qadın futbolçunu ildırım vurub öldürdü

Kolumbiyada regional turnirdə iştirak edən dörd qadın futbolçu ildırım vurması nəticəsində həlak olub.

Bu barədə Kolumbiyanın “Cauca Hoy” portalı fevralın 10-da öz Facebook səhifəsində məlumat yayıb.

Hadisənin El Real kəndində turnir zamanı baş verdiyi bildirilir. Ümumilikdə ildırım vurması 5 nəfərin həyatına son qoyub - beşinci qurban xəstəxanada dünyasını dəyişən kişi olub.

Daha iki yaralı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Chosen
18
2
buta.media

2Sources