EN

Fələstin xalqına ikinci bir bədbəxtlik yaşatmağa heç kimin gücü yetməz -Ərdoğan

"Fələstin xalqına ikinci bir bədbəxtlik yaşatmağa, Allahın izni ilə heç kimin gücü yetməz, yetməyəcək".

Redaktor.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu sözləri Malayziyanın paytaxtı Kuala Lumpurda ictimaiyyət və tələbələr qarşısında çıxış edən zaman deyib.

Ərdoğan İsrailin strateji hədəflərinə çata bilmədiyini, dirəniş qüvvələrinin mübarizəsinin buna mane olduğunu bildirib.

19 yanvarda HƏMAS və İsrail arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin hüquq tanımaz və aqressiv siyasətini davam etdirdiyini vurğulayan Ərdoğan, Fələstin xalqının öz torpaqlarından çıxarılmasına heç vaxt imkan verilməyəcəyini qeyd edib.

Kənan YUSİF 

Chosen
11
redaktor.az

1Sources