EN

"Neftçi" səfərdə "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasının XXII turunda "Neftçi" səfərdə "Zirə"yə qalib gəlib.   Manset.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda "ağ-qaralar" 2:1 hesablı qələbəyə sevinib. Hesabı 88-ci dəqiqədə qonaqlar açıb. Emin Mahmudov rəqib torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurub. Ruan Renato adını tabloya yazdırıb. Bununa belə, 90+3-cü dəqiqədə fərqlənən Ervin Koffi "Neftçi"nin qələbəsində əsas pay sahibi olub. "Qartallar" 39 xalla üçüncü sırada yer alıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Kəpəz" matçında isə hesab açılmayıb. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.

Chosen
72
7
manset.az

10Sources