Müdafiəçi Serxio Ramos “Monterrey”ə keçidi haqda danışıb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bura yeni titullar qazanmağa çalışmaq üçün gəldiyini deyib:
“Qələbə qazanmaqdan yorulmadım, amma bura nailiyyətlərim haqqında danışmaq üçün gəlməmişəm. Mən heç vaxt burada olmamışam və Meksikada bir miras buraxmaq istəyirəm.
Mən buraya səyahət etmək üçün deyil, yeni titullar qazanmağa çalışmaq üçün gəlmişəm.
Komanda həm daxili, həm də beynəlxalq turnirlərdə iştirak edir ki, bu da görünmək üçün yaxşı fürsətdir.
Futbolda yaş önəmli deyil, əsas oyun keyfiyyətidir. Uzun karyeradan sonra bura gəlməyim hələ də kuboklara susadığımı göstərir”.
Azad agent olan 38 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb. O, yeni komandasında 93 nömrəli formada çıxış edəcək.