EN

"Kiminsə qarnı ağrıyır" - Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi

Xəbər verdiyimiz kimi, mətbuatda Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkənin vaxtilə Moskvadan göndərilən şəxs tərəfindən idarə olunması ilə bağlı informasiya gedib. Sözügedən şəbəkəyə Ramiz Mehdiyev, Eldar Mahmudov və Elmar Məmmədyarov və digər şəxslərin daxil olduğu iddia edilib.   Manset.az xəbər verir ki, Modern.az iddialarla əlaqədar sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb. Sabiq nazir açıqlamasında bildirib ki, onu vurmaq istəyənlər var:

“Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.

Chosen
36
4
manset.az

5Sources