EN

Avropa İnvestisiya Bankı Ukraynaya 116,5 milyon avro AYIRACAQ

Avropa İnvestisiya Bankı (AİB) Ukraynada sosial layihələrinə 116,5 milyon avro ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal deyib.

"Ukrayna və Avropa İnvestisiya Bankı enerji və mühüm infrastrukturun bərpasını maliyyələşdirməyi nəzərdə tutan sazişlər imzalayıblar", - deyə Denis Şmıqal AİBprezidenti Nadya Kalvinyo ilə görüşdən sonra öz "Telegram" kanalında yazıb.

O qeyd edib ki, AİB kritik infrastrukturun bərpası və enerji səmərəliliyinin həyata keçirilməsi üçün 16,5 milyon avro ayırır. Daha 100 milyon avro su və istilik təchizatı obyektlərinin bərpasına və təhsil, səhiyyə və mənzil-məişət sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsinə ayrılacaq.

Chosen
16
3
unikal.az

9Sources