EN

Rumıniya Prezidenti Klaus Yohannis istefa verəcəyini elan etdi

Prezidentlik müddəti rəsmi olaraq dekabrda başa çatan Rumıniya Prezidenti Klaus Yohannis vəzifəsi ətrafında böhranı alovlandırmamaq üçün istefa verəcəyini elan edib.

Hotnews.ro-ya istinadla verdilən məlumata görə, bu bəyanat müxalifət partiyalarının onu parlament vasitəsilə vəzifədən kənarlaşdırmaq cəhdinin fonunda səslənib.

Bildirilib ki, Yohannisin ikinci və son prezidentlik müddəti 21 dekabr 2024-cü ildə başa çatıb. Yeni prezident hələ də seçilməyib, Konstitusiya Məhkəməsi həm prezident seçkisini ləğv etmək, həm də Yohannisə yeni prezidentin mandatı başlayana qədər vəzifədə qalmağa icazə vermək qərarına gəlib. Bu vəziyyət artıq üçüncü dəfə prezidentin vəzifədən kənarlaşdırılması prosedurunu başladan müxalifətin narazılığına səbəb olub.

"Bir neçə gündən sonra Rumıniya parlamenti mənim vəzifədən kənarlaşdırılmağıma səs verəcək və Rumıniya böhrana düşəcək, çünki referendum elan olunacaq. Bütün bunların daxili və təəssüf ki, xarici nəticələri olacaq. Rumıniyanı və onun vətəndaşlarını bu böhrandan, bu mənasız və mənfi hadisələrin inkişafından xilas etmək üçün mən Rumıniya prezidenti vəzifəsindən istefa verirəm. Mən birigün, fevralın 12-də vəzifəmdən gedəcəyəm. Allah Rumıniyanı qorusun!" - deyə Yohannis bildirib.

Mənbə: oxu.az

Chosen
5
2
oxu.az

3Sources