EN

Xabi Alonso “Bayern”lə oyundan gözləntisini açıqladı

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 22-ci turunda “Bayern”lə ev oyunundan gözləntisini paylaşıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizim məqsədimiz – qalib gəlməkdir. Əgər bu, baş versə, aramızdakı fərq beş xala enəcək. Biz çalışacağıq. Oyun bizim stadionumuzda, bizim azarkeşlərimizin qarşısında, yaxşı ab-havada baş tutacaq. Bizim, məşqlər üçün bütün həftəmiz var. Biz qorxmuruq, əsəb hiss etmirik. Mən xüsusilə həyəcan keçirmirəm”, deyə Xabi Alonso vurğulayıb.

Xatırladaq ki, “Bayer” – “Bayern” oyunu 22-ci turun mərkəzi görüşü kimi əlamətdar olacaq. Qarşılaşma fevralın 15-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 21:30-da başladacaq.

21 turdan sonra 54 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir. “Bayer” isə 46 xalla 2-ci pillədə qərarlaşıb.

Chosen
31
arena.az

1Sources