EN

Bakıda işdən evə gedən qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı

Bu gün Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi olub.

SeherXeber.org xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbədəki məktəblərdən birinin yaxınlığında baş verib.

1973-cü il təvəllüdlü G.Həmidovaya kəsici alətlə xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən, G.Həmidovanın keçmiş həyat yoldaşı 56 yaşlı Ə.Atakişiyev Suraxanı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, hadisə G.Həmidova işlədiyi məktəbdən çıxıb evə gedərkən baş verib. O, həmin məktəbdə xadimə işləyir.

Chosen
18
7
seherxeber.org

8Sources