EN

İspaniya Trampın planını rədd etdi

İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərib. Metbuat.az xəbər verir ki, humanitar yardım Madriddən İordaniyanın paytaxtı Əmmana çatdırılıb. Humanitar yardım buradan Qəzzaya daşınacaq. İspaniyanın xarici işlər naziri Jose Manuel Albares Madriddəki hava limanında bildirib ki, yardım paketləri Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İspaniya Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi vasitəsilə hazırlanıb. Məlumata görə, çoxu qadın və uşaq olmaqla 600-ə yaxın ailə, ümumilikdə 3 min adam bu yardımdan faydalanacaq. Yardımların davam etdiriləcəyi bildirilib.

ABŞ Prezidenti Donald Trampın Qəzzanı ələ keçirmə və fələstinliləri köçürmə planı barədə də danışan Albares bildirib ki, Qəzza fələstinlilərin torpağıdır və Fələstinlilər Qəzzada qalmalıdır.

Chosen
9
metbuat.az

1Sources