EN

Dərman zəhərlənmələrinə səbəb nədir?

Bu günlərdə Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.

Hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb. 

Bəs görəsən, bu zəhərlənmələrin səbəbi nələrdir? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit az-az deyib ki, dozadan artıq qəbul edilən hər bir dərman preparatı zəhər, toksik maddədir:

"Dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr əlbəttə ki, ciddi araşdırılmalıdır. Bu dərman maddələrini gətirən firmalar, onun istehsal olunduğu yer, bütün bu məsələlər ciddi araşdırılmalıdır və məsuliyyət daşıyan şəxs cəzalandırılmalıdır. Bir insan özünə qəsd etmək üçün bunu edirsə, artıq bu, başqa araşdırılmalı məsələdir. Amma keyfiyyətsiz bir dərmandan zəhərlənmə dərman təhlükəsizliyi prinsiplərinin pozulmasıdır və buna görə də məsul olan şirkətlər, firmalar məsuliyyət daşıyır. Təəssüflər olsun ki, bu məsələlər müəyyən korporativ maraqlara görə araşdırılmır”.

Sevinc

Chosen
11
hit.az

1Sources