Şamaxıda 27 yaşlı qadın dəm qazından boğulub.
Metbuat.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.