Bakı. Trend:
Rumıniya prezidenti Klaus İohannis mümkün impiçment fonundaistefa verdiyini açıqlayıb.
Trend-inməlumatına görə, bu barədə Rumıniya radiosu bildirib.
"Fevralın 12-də mən vəzifəmi tərk edəcəm", - deyə K.İohannisbildirib.
İohannisin qərarı ifrat sağçı partiyaların prezidentinimpiçmenti ilə bağlı səsvermənin keçirilməsi təklifinə cavab olaraqverilib. Siyasətçi bu təşəbbüsü mənasız adlandırıb. Üstəlik, onunfikrincə, impiçmentin ölkə üçün mənfi nəticələri olacaq.