EN

Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir

Qış mövsümünün ən maraqlı və ekstremal yarışlarından biri olan Red Bull Qaçaqaç sona çatdı. 200-dən çox iştirakçının qatıldığı bu yarışda xizək və snoubord sürənlər bir araya gəldi.

Şahdağ Turizm Mərkəzində baş tutan yarışda iştirakçılar 2,351 metr yüksəklikdən start götürərək əvvəlcədən hazırladıqları snoubord və xizəklərinə doğru 100 metr qaçmalı, onları sürətlə geyinərək 5 kilometrlik məsafəni qət etməli idilər.

 

Dongfeng Azərbaycan brendinin dəstəyi ilə keçirilən Red Bull Qaçaqaç yarışında 5 qalib müəyyən olundu:

???? Ən sürətli snoubordçu (qadın) – Nuranə Musayeva

???? Ən sürətli snoubordçu (kişi) – Elçin Məmmədov

???? Ən sürətli xizəkçi (qadın) – Nurel Hacıbəyli

???? Ən sürətli xizəkçi (kişi) – Ceyhun Balamətov

???? Ən kreativ geyim qalibi – Evgeniy Borordin

 

Qaliblər 500 AZN pul mükafatı, Red Bull eynəyi və Şahdağ Turizm Mərkəzindən müxtəlif hədiyyələr qazandı. Ən sürətli snoubordçu və xizəkçilər Sport System mağazasından 5 əyləncə kuponu, ən kreativ geyim qalibi isə paraplanla uçuş əldə etdi.

Tədbir boyunca qonaqlar xüsusi olaraq ayrılmış “Dongfeng Lounge” zonasında istirahət edərək əyləncəli vaxt keçirdilər. Eyni zamanda, onlar Dongfeng avtomobili ilə yaxından tanış olmaq imkanı da əldə etdilər.

Red Bull Qaçaqaç yarışı ölkəmizdə artıq üçüncü dəfə keçirilir və dünyanın bir çox ölkəsində tanınan “Red Bull Homerun” formatına əsaslanır. Yarışın məqsədi qış idman növlərini daha da populyarlaşdırmaq və iştirakçılara həyəcan dolu və unudulmaz anlar yaşatmaqdır.

 

image-5781a03a-c008-481f-8499-665ac9e37d4b image-64849023-2571-4959-86df-e4f05426170e image-78068201-400d-4689-b1b1-0ec6c2fc32da image-d64731ae-ca71-4bab-8d45-ddb65101d3c0

Chosen
8
2
dogru.az

3Sources