EN

İsmayıllıda su bəndinin üzərində RESTORAN TİKİLİR

İsmayıllı rayonunda yerləşən Aşıqbayramlı su anbarının bəndi üzərində restoran tikilir.


Ajans.az xəbər verir ki, dövlət mülkiyyəti qanunsuz şəkildə özəlləşdirilir və bu proses müəyyən şəxslər tərəfindən nəzarət altına alınıb.

Şikayətçilər bildirirlər ki, ərazi daim mühafizə olunur, hətta bəndin yanında 2-3 idmançı və bir qazi mühafizəçi kimi dayanaraq gələnlərə “xox” gəlir. Ərazidə baş verənləri videoya çəkərək sosial şəbəkədə paylaşan şəxs isə təhdidə məruz qalıb.

Məlumata görə, özünü Seyid Hüseyn oğlu İbrahimov kimi təqdim edən şəxs videonu paylaşan vətəndaşa zəng edərək, paylaşımın dərhal silinməsini tələb edib. İddialara əsasən, həmin şəxs bildirib ki, su anbarının ərazisi ona Su Meliorasiya İdarəsi tərəfindən verilib.

Suallar isə çoxdur. Belə bir tikili ciddi təhlükə yarada bilər? Rəsmi qurumlar bu məsələyə bilərək göz yumur? Dövlət mülkiyyətinin belə rahat şəkildə şəxsi obyektlər üçün ayrılması qanunidir?


Chosen
4
1
azia.az

2Sources