İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salmaq qərarına gəlməsindən sonra İsrail Müdafiə Qüvvələrinə ən yüksək hazırlıq vəziyyətinə keçməyi əmr edib.
Publika.az "The Times of Israel"ə istinadən xəbər verir ki, nazir bildirib:
"Mən İsrail ordusuna Qəzza zolağında baş verə biləcək hər hansı ssenariyə qarşı yüksək hazırlıq vəziyyətinə keçməyi və sərhəddəki yaşayış məntəqələrini qorumağı əmr etdim".