EN

KİV: FTB Kennedinin qətli ilə bağlı 2,4 min gizli yazışma aşkarlayıb

ABŞ Federal Təhqiqat Bürosu (FTB) 35-ci prezident Con Kennedinin qətli ilə bağlı əvvəllər rəsmi komissiyaya təqdim edilməmiş təxminən 2,4 min gizli yazışma aşkarlayıb.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, məxfi yazışmalar FTB-nin Donald Trampın 23 yanvar tarixli fərmanı ilə başladılmış yoxlaması zamanı aşkarlanmış 14 min səhifəlik sənədlərdə əks olunub.

Bu sənədlərin mövcudluğu barədə Ağ Ev ötən həftə məlumat alıb.

Chosen
16
3
far.az

4Sources