EN

Trampdan HƏMAS-a xəbərdarlıq: "Şənbə günü günortaya qədər..."

ABŞ prezidenti Donald Tramp HƏMAS hərəkatına xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

O, İsraillə razılaşma çərçivəsində şənbə günü günortaya qədər bütün girovları azad etməyi tələb edib, əks halda Qəzza zolağında "cəhənnəm" vəd edib.

"Əgər bütün girovlar şənbə günü günorta saat 12:00-a qədər qaytarılmasa - məncə, bu, doğru vaxtdır - deyərdim ki, hər şeyi (müqavilələri) ləğv etməyin və cəhənnəmin vaxtıdır", - Donald Tramp deyib.

HƏMAS-ın tələblərinə əməl etməsə ABŞ-ın nə edəcəyi ilə bağlı suala Tramp “Nə olacağını görəcəyik” cavabını verib.

HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.

Chosen
11
modern.az

1Sources