EN

Ukraynada münaqişənin kök səbəblərinin aradan qaldırılması onun sona çatmasına yol açacaq

Yalnız Ukraynadakı münaqişənin kök səbəblərinin tam və dönməz şəkildə aradan qaldırılması onun sona çatmasına yol aça bilər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatik İşçi Günü münasibətilə keçirilən təntənəli iclasda bildirib.

Nazir xatırladıb ki, Rusiya tərəfi bu əsas səbəblər haqqında danışmaqdan yorulmur və eyni zamanda onların aradan qaldırılmasını israrla tələb edir.

"Bu, ilk növbədə, NATO-nun Şərqə genişlənməsi və konstitusiyaya zidd dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Kiyev rejiminin rus dilini, mədəniyyətini, mediasını və kanonik pravoslavlığını məhv etmək kursu ilə Rusiyanın təhlükəsizliyinə təhdidlərin yaradılmasıdır", - Lavrov bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, 2014-cü ildən sonra Qərb dövlətləri Ukraynanı anti-Rusiya qalasına çevirərək, respublikada “nifrət və radikal millətçilik” aşılayıb, rusca olan hər şeyə qarşı düşmənçiliyi qızışdırıblar. O qeyd edib ki, Qərb elitaları Cənub-Şərqdə cəza aksiyası keçirmək üçün Kiyevi silahla təchiz edib, muzdlularını və müşavirlərini göndərib, Ukrayna hərbçilərini müharibəyə hazırlayıblar. Dövlət başçısının sözlərinə görə, hədəf kimi həm Donbass, həm Krım, həm də Rusiyanın digər regionları müəyyən edilib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
6
oxumeni.az

1Sources