Bakı. Trend:
Mərakeşin Uazzan əyalətində 5,2 bal gücündə zəlzələ qeydəalınıb.
Trend-in məlumatına görə, bu barədə "Maghreb Arabe Press"agentliyi Milli Geofizika İnstitutuna istinadən bildirib.
Məlumata əsasən, yeraltı təkanların ocağı 20 km dərinlikdə,episentri isə Briçka kommunasında yerləşib.
Hadisə nəticəsində dağıntılar olmayıb.