RU

Mərakeşdə 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Mərakeşin Uazzan əyalətində 5,2 bal gücündə zəlzələ qeydəalınıb.

Trend-in məlumatına görə, bu barədə "Maghreb Arabe Press"agentliyi Milli Geofizika İnstitutuna istinadən bildirib.

Məlumata əsasən, yeraltı təkanların ocağı 20 km dərinlikdə,episentri isə Briçka kommunasında yerləşib.

Hadisə nəticəsində dağıntılar olmayıb.

Избранный
8
az.trend.az

1Источники