EN

Nazirin səsini təqlid edərək məşhur iş adamlarını aldatdılar

Telefon dələduzları süni intellektdən vasitəsi ilə ölkənin müdafiə naziri Quido Krosetto və digər məmurların səsini təqlid edərək İtaliyanın böyük iş adamlarını aldadıblar.

Milli.Az xəbər verir ki,bu barədə qurbanlar arasında "Prada" brendinin prezidenti Patrizio Bertelli, modelyer Giorgio Armani, "Pirelli & C.SpA"nın icraçı vitse-prezidenti Marko Tronçetti Provera və əvvəllər Milanın "İnter" futbol klubunun sahibi olan milyarder Massimo Moratti də var.

Fırıldaqçılar onlardan İran və Suriyada həbsdə olan və ya qaçırılan İtaliya vətəndaşları üçün fidyə ödəmələrini istəyiblər. Moratti pulu soruşduqdan sonra 1 milyon avro göndərdiyini etiraf edib.

Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edib. Nazir onun adından istifadə edərək dələduzluq olunduğu barədə sosial media hesablarında xəbərdarlıq da yayıb.

Artıq Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb. (Axşam.az)

Milli.Az 

Chosen
10
milli.az

1Sources