EN

Azərbaycan Premyer Liqası: "Qarabağ" klubu "Səbail"lə üz-üzə

Bu gün Azərbaycan Premyer Liqasının XXII turuna yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, son oyun günündə "Qarabağ" doğma meydanda "Səbail"i qəbul edəcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, turun digər oyunlarında "Şamaxı" klubu "Sumqayıt"ı (1:0), "Sabah" klubu "Turan Tovuz"u (2:1), "Neftçi" isə "Zirə"ni (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Kəpəz" matçı qolsuz bərabərliklə başa çatıb.

 11 fevral

Azərbaycan Premyer Liqası

XXII Tur

Chosen
92
1
demokrat.az

10Sources