ABŞ-nin dövlət katibi Marko Rubio və Misirin xarici işlər naziri Bədr Abdel Atti Vaşinqtonda keçirilən görüşdə Qəzza zolağında idarəetmə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
Onun sözlərinə görə, Rubio Qəzzada münaqişədən sonrakı idarəçilik və təhlükəsizlik planlarının həyata keçirilməsi üçün sıx əməkdaşlığın vacibliyini bir daha qeyd edib. Dövlət katibi, eləcə də vurğulayıb ki, Fələstinin HƏMAS hərəkatı bir daha heç vaxt Qəzzanı idarə edə bilməyəcək və İsraili təhdid edə bilməyəcək.
Rubio və Abdel Ati, həmçinin sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.
Misirin xarici işlər naziri Rubio ilə görüşünün əvvəlində bildirib ki, Yaxın Şərqdə sülh əldə edilə bilər, lakin bu, fələstinlilərin qanuni hüquqlarını, xüsusən də öz dövlətlərini qurmaq hüquqlarını təmin edən şərtlər əsasında olmalıdır.