![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/29c50b289805bb0e7bf92a4521fe8005.webp)
Zaqatalada intihar baş verib. Hadisə dünən axşam saatlarında rayonun Aşağı Tala kəndinin inzibati ərazisinə daxil olan "Torpaqqala" massivində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Sərxan Süleyman oğlu İbrahimov fındıq ağacından özünü asıb. Onu asılmış meyitini ailəsi aşkar edib. S.İbrahimovun intiharının səbəbləri məlum deyil. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Mətləb