1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Arizona ştatında hava limanında iki "Bombardier Learjet Gulfstream 2100" biznes təyyarəsi toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.
Oxu.Az-ın ABC telekanalına istinadla məlumatına görə, hadisə Skottsdel şəhərində baş verib.
Bildirilib ki, özəl təyyarə uçuş-enmə zolağından kənara çıxaraq park halındakı hava gəmisinə çırpılıb. Nəticədə azı bir nəfər həlak olub, beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Skottsdeldə uçuşlar ləğv edilib. Qəzanın səbəbləri araşdırılır.