EN

Məmmədyarov və Məmmədova - finalın bir addımlığında

Bu gün şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsində cavab oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov dünən qara fiqurlarla Misrətdin İsgəndərovu məğlub edib.

İndi finala çıxmaq üçün tanınmış şahmatçını heç-heçə də qane edir.

Digər yarımfinal cütlüyündə isə Teymur Rəcəbov və Rauf Məmmədov mübarizə aparır. İlk oyunda onlar bərabərə qalıblar.

Qadınların yarışında yarımfinalda Günay Məmmədzadə dünən uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Digər qarşılaşmada Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva qüvvələrini sınayacaqlar. Onların ilk oyunu heç-heçə nəticələnib.

İdman.biz

Chosen
12
2
idman.biz

3Sources