EN

Bakıda kişi arvadını namaz qılarkən öldürüb Gürcüstana qaçdı

Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanılıb.

Ulusal.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məhərrəm oğlu Məmmədov Gürcüstan Respublikasında saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

***

Fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri zəminində dəhşətli qətl hadisəsi baş verib.

Ulusal.az məlumat verir ki, Binə qəsəbəsi 138-ci döngə, 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məmmədova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürülüb.

Hadisəni qadının həyat yoldaşı, 46 yaşlı Ramil Məmmədovun törətdiyi deyilir.

Qeyd olunur ki, o, dəmir əşya ilə qadının başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyitin belində də barmaq izlərinin olduğu müəyyənləşib.

Hadisədən sonra Ramil Məmmədov qaçıb. Hazırda qətldə şübhəli bilinən şəxsin axtarışları davam edir.

Hüquq mühafizə orqanlarından hadisəni təsdiqləyiblər və qaçan şəxsin hələlik tapılmadığı bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Chosen
6
14
moderator.az

10Sources