EN

İlon Mask Qazaxıstanda Baykonuru da nəzarətə götürdü

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan hökuməti dövlət xərclərinin azaldılması planları çərçivəsində Baykonur kosmodromunun gələcəyini yenidən qiymətləndirir. Qazaxıstan baş nazirinin müavini və milli iqtisadiyyat naziri Serik Jumanqarin elan edib ki, İlon Mask ona dövlət xərclərinin azaldılması ilə bağlı təkliflər verib.

Hafta.az-ın yazdığına görə, ABŞ-da dövlət xərclərini optimallaşdırmaq üçün departament yaradan Mask Qazaxıstanda da analoji layihənin həyata keçirilməsi üçün hakimiyyətə dəstək verməyə hazır olduğunu bəyan edib. Qazaxıstan sosial xərcləri azaltmadan büdcəni tarazlaşdırmaq istəyir, lakin bu prosesdə Baykonurun Rusiya ilə uzunmüddətli icarə müqaviləsinə yenidən baxıla bilər.

“İzvestiya”nın tərtibinə görə, Rusiya 1994-cü ildən Baykonur kosmodromundan istifadə edir və illik 115 milyon dollar icarə haqqı ödəyir. 2050-ci ilə qədər davam edəcək bu razılaşmaya baxmayaraq, Moskva 2016-cı ildən etibarən Baykonurdakı bəzi əraziləri Qazaxıstana verməyə başlayıb. Bundan əlavə, 2018-ci ildə “Zenit-M” buraxılış platforması Qazaxıstanla birgə layihəyə çevrilərək “Bayterek” raket kompleksinə çevrilib. Qazaxıstan layihəyə milyardlarla rubl sərmayə qoymağı planlaşdırır, lakin 2025-ci il üçün büdcə kəsiri 4,1 trilyon təngəyə (təxminən 9 milyard dollar) çatacağından bu investisiyanın davamlılığı sual altındadır. Qazaxıstan Bayterek layihəsindən geri çəkilərsə, Rusiyanın hazırladığı yeni nəsil “Soyuz-5” raketləri üçün alternativ buraxılış yeri tapmalı olacaq.

Xəbərə görə, Rusiyanın Baykonurdan tamamilə çıxması kosmik proqram üçün böyük itkilərə səbəb ola bilər. Hazırda Baykonur Soyuz və Proton-M raketlərinin buraxılması üçün kritik mərkəzdir. Rusiya Şərqi Kosmodromdan pilotlu kosmik uçuşlar həyata keçirməyi planlaşdırsa da, lazımi infrastrukturun tam hazır olmadığı bildirilir. Üstəlik, əgər Qazaxıstan Baykonuru ABŞ və ya Çin kimi başqa bir ölkənin üzünə açsa, Rusiyanın kosmik sektorda strateji mövqeyi daha da zəifləyə bilər.

Baykonur təkcə kosmodrom deyil, həm də 76 mindən çox əhalisi olan bir şəhərdir. Bu insanların əksəriyyəti Rusiya vətəndaşlarıdır və həyatları birbaşa kosmodromla bağlıdır. Rusiya Baykonur əhalisinə sosial xidmət göstərməkdə davam edir, lakin baza bağlanarsa, bu öhdəliklərin necə yerinə yetiriləcəyi hələ də qaranlıq qalır. Rusiyanın Qazaxıstana ABŞ və Çinin təkliflərindən daha cəlbedici sövdələşmə təklif edə biləcəyi maraq doğurur. Qazaxıstan rəsmiləri İlon Maskın birbaşa təklif vermədiyini, lakin “xərclərin optimallaşdırılması” ideyasının hələ də gündəmdə olduğunu bildiriblər.

Chosen
19
hafta.az

1Sources