EN

“Azərbaycan Beynəlxalq Bank” müştərilərinin başı dərddə – FOTO

“Azərbaycan Beynəlxalq Bank” müştəriləri pul köçürmələrində əziyyət çəkir. Bank əməkdaşları isə problem yaşayan müştərilərə heç bir köməklik göstərmir.

Tribunainfo.az xəbər verir ki, bu barədə bankın müştəriləri sosial şəbəkələrdə yazır. Bank müştərisi Pərvin Qaragözov bildirib ki, neçə gündür köçürmə edib, ancaq pul ünvana çatmayıb:

“Ödəniş köçürmüşəm, gedib ünvanına çatmayıb. Bankdan biri də məlumat vermir ki, pul hara köçüb. Bildirirlər ki, 24 saat ərzində balansa yüklənəcək. 36 saatdan çox keçib, ortada ödəniş yozdur. Qaynar xətlərinə də zəng edirsən, adamı borclu çıxarırlar”.

Problem yaşayan müştərilərdən biri də Hüseyn Məmmədovdur. O isə bildirib ki, ödəniş zamanı “ödəniş həyata keçirildi” yazılır, ancaq ödəniş olmur:

“Ödəniş etdiyim yerlə əlaqə saxladım. Dedilər ki, bizdə problem yoxdur, bankınızla əlaqə saxlayın.
Bankdan da bildirirlər ki, 7 iş günü ərzində qaytarılacaq. 3 gün sonra bir daha zəng edib xatırlatdım. Məlum oldu ki, sorğu nömrəsi açılmalı imiş, ancaq açmayıblar. Bankın məsul şəxsləri ilə danışmaq istədiyimi bildirdim, bank əməkdaşı deyir, burada məndən üstün adam yoxdu.
İndi mən kredit ödəməliyəm, pulumu oğurlayıblar, ancaq kreditim geciksə üstünə faiz gələcəklər”.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bank”ın İdarə Heyətinin sədri Abbas İbrahimovdur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən

Chosen
3
tribunainfo.az

1Sources