EN

İrandan Azərbaycana gətirilən 47 tondan çox kartof yararsız çıxıb

İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb...

Bu barədə Poliqon-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

Poliqon.info

Chosen
11
22
poliqon.info

10Sources