EN

Meksika körfəzi yeni adı ilə "Google" xəritələrində rəsmi şəkildə görünməyə başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Meksika körfəzinin rəsmi şəkildə adının dəyişdirilməsinə və Amerika körfəzi kimi adlandırılmasına başlanılıb ki, ABŞ-də "Google" istifadəçiləri artıq bu ad yeniləməsini görə bilərlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Google" korporasiyası şirkətin bloqunda məlumat verib.
"ABŞ-də Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) rəsmi olaraq Meksika körfəzini Amerika körfəzi ilə yeniləyib", - deyə şirkətin açıqlamasında bildirilib.
"Google"un qeyd etdiyi kimi, ABŞ-də xəritələrdən istifadə edən insanlar "Amerika körfəzi" adını, Meksikadakı istifadəçilər isə "Meksika körfəzi" adını görəcəklər.
"Digər hər kəs hər iki adı görəcək", - deyə şirkət əlavə edib.
Xatırladaq ki, daha əvvəl Meksika hökuməti "Google" korporasiyasına göndərdiyi məktubda Prezident Donald Trampın Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncamının ABŞ-nin ərazi suları daxilində və ya sahildən 12 mil aralı məsafədə qüvvədə olduğunu bildirmişdi.
Qeyd edək ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı olan Denalinin isə MakKinli dağı adlandırılması prosesinin başlanmasına dair sərəncam imzalayıb. Öz növbəsində "Google" bildirib ki, Coğrafi Adlar İnformasiya Sistemində (GNIS) müvafiq dəyişikliklərin görünməsindən dərhal sonra "Google Maps" xidmətində Meksika körfəzinin adını Amerika körfəzi, eləcə də Denali dağını MakKinli dağı adlandıracaq.
Chosen
7
1
oxu.az

2Sources