Şamaxı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Gundem.az xəbər verir ki, Şamaxı şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.
O, Göylər kənd 2 saylı orta məktəbdə tarix müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.