EN

Azərbaycan millisinin sabiq üzvü Qırğızıstan klubunda

style='margin-bottom:10px;'>

Azərbaycanın milli komandalarında və bir sıra klubunda çıxış etmiş Andrey Popoviçin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 33 yaşlı qapıçı karyerasını Qırğızıstanda davam etdirəcək.

Bu barədə ua-football.com saytı məlumat yayıb. Ukraynalı qolkper "Qırğızaltın" klubu ilə 1 illik müqavilə imzalayıb. Komanda Qırğızıstan çempionatında 27 turdan sonra 20 xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki ,Andrey Popoviç Azərbaycanın U-17, U-19, U-21 və əsas millisinin üzvü olub. O, ölkəmizdə "Abşeron", "Bakı", "Turan", "Qəbələ" və "Sumqayıt" klubunda çıxış edib. O, son olaraq Ukraynanın "Xust" klubunda oynayıb.

Chosen
7
teleqraf.com

1Sources