EN

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorlar ittiham aktının nəticəvi hissəsinin elan edilməsini davam etdirir.

İttiham aktının nəticəvi hissəsi elan olunduqdan sonra təqsirləndirilən şəxslər verilən ittihama münasibət bildirəcək.

Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən elan olunan ittiham aktında Azərbaycanın ayrı-ayrı rayonlarına qarşı törədilmiş cinayətlər və dəymiş ziyanlar açıqlanıb.

Chosen
11
aznews.az

1Sources